Emil Əskərov - Kamal Abdullanın "Ruhu" Mirzə Nicatın sürreal oyununda
Qırx İl Sonra Açılan Qapı: Vicdanın Labirinti və Zamanın tələsində “Ruh”- Sprit seance: ruh yolçuları üçün konseptual cığırlar... "Bənövşə...bənövşə..." ...gecə bitib-tükənmək ...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib. Kollektiv Festivalda Azərbaycanı “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə təmsil edib. Nümayişi 16 oktyabr yerli vaxtla saat 18.30-da Kimera teatrında baş tutan tamaşa seyrçilər tərəfindən maraqla qarşılanıb. Tamaşada Əməkdar artist Qasım Nağı, aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib. Janrı ilahi oyun kimi təyin olunmuş səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı İffət Əsgərovdur.
Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında YUĞ Teatrı təmsil edib. 1991-ci ildən etibarən hər il Meksikanın Metepek şəhərində keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir. Hər il təxminən 400 min ziyarətçinin qatıldığı 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.
Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının festivalda iştirakı AR Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, eləcə də Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Qırx İl Sonra Açılan Qapı: Vicdanın Labirinti və Zamanın tələsində “Ruh”- Sprit seance: ruh yolçuları üçün konseptual cığırlar... "Bənövşə...bənövşə..." ...gecə bitib-tükənmək ...
Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib. Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib...
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir. Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Haqqında söz açdığımız insanın həyatında rəqəmlər yalnız şərti xarakter daşıyıb. Həmişə! Əslində, onun bütün məqamlarla bağlı özünün ölçü meyarları mövcud...
(2024-cü ilin materialları əsasında) Dram nəzəriyyəsində mərkəzi yeri tutan konflikt kompozisiyanın qurulmasında əsas mövqeyə malik olub antoqonist güclərin toqquşma məqamlarını özündə kodlaşdıran bir anlayışdır. Bu baxımd...
“Pillə” 3 tələbə tamaşalar festivalının üçüncü günü, günorta vaxtı festivalın yeni hoqqası başlayır: “Yay gecəsində yuxu”. Pərdələr açı...
25 aprel 2025‑ci il tarixində Azərbaycan Dövlət YUĞ Teatrının səhnəsində CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsinin birgə təşkil etdiyi Azərbaycan dilinə pyes tərcüm...