YUĞ Dövlət Teatrı

Haqqımızda

Azərbaycan Dövlət Yuğ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulmuşdur. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olmuşdur. 2007–2017-ci illərdə teatrın direktoru Tərlan Rəsulov olmuşdur. 2017–2018-ci illərdə Rəşad Əhmədzadə teatrın direktoru vəzifəsini müvəqqəti icra edib.[1] 2018-ci ildən İslam Həsənov teatrın direktorudur.[2]

Yuğ teatrının yerləşdiyi bina tarixi əhəmiyyət daşıyır. Belə ki, binanın əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərmişdir.