Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi Meksikaya yola düşüb. Qeyd edək ki, teatr "Mən Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası ilə Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edəcək. Festival çərçivəsində səhnə əsəri 16 oktyabr tarixində Quimera teatrında nümayiş olunacaq. Kollektivimizə uğurlar arzu edirik!
YUĞ Teatrının kollektivi Meksikaya yola düşüb.
