YUĞ Teatrında yapon dramaturq Koki Mitaninin "Gülüş Akademiyası" pyesi əsasında "Master-Klass" tamaşası hazırlanır. Bir bölümlü psixodelik buffonada janrında olan səhnə əsərində sənətçilər Mətanət Abbas, Amid Qasımov və Elgün Həmidov iştirak edir. Rejissor Gümrah Ömərin quruluşunda hazırlanmış "Master-Klass" tamaşasının premyerası dekabrın 29-da baş tutacaq. Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.