Azərbaycan Dövlət YUĞ Teatrında may ayının 10-nu, 11-i və 12-si tarixlərində türk dramaturq Toyğun Orbayın eyniadlı əsəri əsasında "21:15 qatarı" tamaşasının premyerası baş tutub. Ekzistensial oyun janrında nümayiş olunmuş səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova və aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov, Zümrüd Qasımova iştirak edir. "21:15 qatarı" tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissor assistenti Günel Səfərovadır.