Azərbaycan Dövlət YUĞ Teatrında 5 və 6 iyul tarixlərində Matey Vişnekin əsəri əsasında və rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanmış "P.A.N.D.A" tamaşasının premyerası baş tutacaq. Səhnə əsərində aktyorlar Oqtay Mehdiyev və Günəş Tegin iştirak edir. Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.