Azərbaycan Dövlət YUĞ Teatrı Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində iyunun 12-də Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda "Mənəm, mən..." tamaşasını nümayiş etdirib. Səhnə əsəri dramaturq İlqar Fəhminin əsəri əsasında rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmışdır. "Mənəm, mən..." tamaşasında Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Famil Quliyev iştirak edib. Səhnə əsəri seyrçilər tərəfindən maraqla qarşılanıb.
"Mənəm, mən..." tamaşası Özbəkistanda
