Azərbaycan Dövlət YUĞ Teatrında mart ayının 8-i Şəbnəm Xeyrullanın eyniadlı pyesi əsasında "Arqon" tamaşasının premyerası baş tutub. Psevdosuisidal hoqqa janrlı səhnə əsərində teatrın sənətçisi Oqtay Mehdiyev iştirak edib. Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti Günel Səfərova, musiqilərin müəllifi isə Aylin Nəcəflidir. Qeyd edək ki, Şəbnəm Xeyrullanın "Arqon" pyesi 2024-cü ildə keçirilən CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi olub.
"Arqon" tamaşası
