Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu "pandemiya" elan edib

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu

ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, Çindən kənarda qeydə alınan koronavirusa yoluxma hallarının sayı iki həftə ərzində 13 dəfə artıb.

O, "həyəcanlandıran hərəkətsizlik səviyyəsindən" "çox narahat olduğunu" bildirib.

Pandemiya dünyanın bir çox ölkəsində eyni zamanda yayılan xəstəliyə deyilir.